Kriştiano Ronaldo karyerasını bitirdikdən sonra nə edəcəyini açıqladı – "Futbol böyük boşluq yarada bilər"

Kriştiano Ronaldo karyerasını bitirdikdən sonra nə edəcəyini açıqladı – Futbol böyük boşluq yarada bilər
İdman 65

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonrakı həyatına dair planlarını açıqlayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı hücumçu bildirib ki, futboldan sonra özünü bir çox fəaliyyətə həsr etməyi planlaşdırır. Ronaldo hesab edir ki, uzun illər davam edən futbol həyatının başa çatması böyük boşluq yarada bilər və bu boşluğu yalnız bir fəaliyyətlə deyil, müxtəlif məşğuliyyətlərlə doldurmaq lazımdır.

"Gələcəyim artıq planlaşdırılıb. Məni məşğul edəcək çoxlu işim var. Buna görə də yalnız bir şey söyləmək çətindir. Futbol böyük boşluq yarada bilər. Bu boşluğu tək bir şeylə deyil, müxtəlif yollarla doldurmaq lazımdır", - deyə Ronaldo bildirib.

Portuqaliyalı superulduz futboldan sonra daha çox əylənmək, səyahət etmək, vaxt keçirmək və sevdiyi idman növləri ilə məşğul olmaq istədiyini də vurğulayıb.

"Daha çox əylənmək, səyahət etmək, padelə baxmaq və oynamaq istəyirəm. Bu idmanı çox sevirəm. Həmçinin əldə etdiklərimdən - həyat yoldaşımla birlikdə qazandığımız uğurlardan zövq almağa davam edəcəyəm. Axı bütün bunlar 25 il davam edən böyük fədakarlıqların nəticəsidir", - deyə Ronaldo qeyd edib.

Ronaldo geridə qoyduğu möhtəşəm karyerası ərzində 5 dəfə "Qızıl top" mükafatına sahib olub. O, 5 dəfə UEFA Çempionlar Liqasının qalibi, 2016-cı ildə Avropa çempionu, həmçinin 2 dəfə Millətlər Liqasının qalibi olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər