Kriştiano Ronaldo: 1 000-ci qolumu vurmaq istəyirəm
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo karyerası ərzində 1 000-cu qolu vurma ehtimalı haqqında danışıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "A Bola" nəşri xəbər yayıb.
"Açıq şəkildə bildirmişəm ki, 1 000-ci qolumu vurmaq istəyirəm. Bunu bacarsam, möhtəşəm olacaq. Amma bacarmasam da, hələ heç kim məndən çox qol vurmayıb", - Ronaldo bildirib.
Qeyd edək ki, hazırda futbolçunun karyerasında 908 qol var.
Ronaldo 2023-cü ilin 2 yanvarında Səudiyyə Ərəbistanının "Al-Nəsr" klubuna keçib, o müqaviləyə əsasən ildə 200 milyon avro maaş alır. Həmçinin, portuqalıyalı futbolçunun və ailəsinin əlavə bonuslar aldığı barədə məlumatlar yayılıb. Ronaldo "Manchester Yunayted" klubu ilə müqaviləsini baş məşqçi Erik ten Haqla gərgin münasibətlər səbəbilə pozmuşdu.
O, Səudiyyə Ərəbistanının cari çempionatında 9 oyun keçirib, 6 qol vurub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...