"Kral klubu" üç futbolçunu göndərmək istəyir
İspaniya nəhəngi "Real Madrid" yay transfer dönəmində heyətində dəyişikliklərə hazırlaşır. Klubun rəhbərliyi üç oyunçunu transfer siyahısına salmağı planlaşdırır.
BAKU.WS xəbər verir ki, "kral klubu" qapıçı Andrey Lunin, yarımmüdafiəçi Dani Sebalyos və hücumçu Rodriqonun satışını gündəmə gətirib.
Yerli mətbuat yazır ki, klubun yeni baş məşqçisi Xabi Alonso bu qərara qarşı çıxmayıb və oyunçuların gələcək planlarda yer almadığını açıq şəkildə bildirib.
Əldə olunan məlumata görə, Alonso əsasən müdafiə xəttindəki problemlərə fokuslanıb və bu mövqeyə yeni transferin vacib olduğunu düşünür. O, adıçəkilən futbolçuların potensialını komandanın yeni taktiki sistemində effektiv saymır.
Xatırladaq ki, "Real Madrid" bu yaxınlarda keçirilən klublararası dünya çempionatında yarımfinalda mübarizəni dayandırıb. Turnir boyunca Lunin və Sebalyos heç bir oyuna çıxmayıb, Rodriqo isə yalnız bir görüşdə start heyətində meydana daxil olub.
Oxşar xəbərlər
"Turan Tovuz" avrokuboklara vəsiqə qazana bilər?
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında "Turan Tovuz" klubunun oyunçusu Ayxan Quseynov həm komandanın hazırkı durumu, həm də ölkə çem...