Konfrans Liqası: "Zirə" İsrail klubuna böyük hesabla uduzdu

Konfrans Liqası: Zirə İsrail klubuna böyük hesabla uduzdu
İdman 83

"Zirə" UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "qartallar" II təsnifat mərhələsinin ilk oyununda İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edib. "Dalğa Arena"dakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Təl-Əviv təmsilçisindən qolları 18-ci dəqiqədə Qavriel Kanixovski, 22-ci və 54-cü dəqiqələrdə isə Corce Yovanoviç vurublar.

Qeyd edək ki, cavab qarşılaşması bir həftə sonra İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər