Konfrans Liqası: Azərbaycan klubları bu gün cavab oyunlarına çıxacaqlar
Bu gün "Sabah" və "Araz-Naxçıvan" komandaları UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyunlarına çıxacaqlar.
BAKU.WS xəbər verir ki, paytaxt təmsilçisi Bakıda Bolqarıstanın "Levski" (Sofiya) kollektivini qəbul edəcək.
Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşün baş hakimi ukraynalı Mikola Balakin olacaq. "Bayquşlar" səfərdəki ilk matçda bir cavabsız qolla məğlub olub. Cütün qalibi pley-offda AZ (Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək.
"Araz-Naxçıvan" isə Kiprdə "Omoniya"nın qonağı olacaq. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək. Naxçıvan klubu Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzub. Mərhələ adlayan komanda Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı
Azərbaycan millisinin iki sabiq futbolçusu - Emre Kaplan və Murat Cem Akpınar müəyyən müddətə futboldan uzaqlaşdırılıblar. BAKU.WS xəbər verir ki, bu barədə açı...