"Kəpəz"in baş məşqçisi: "Neftçi" ilə oyunda şans biz tərəfdə deyildi"

Kəpəzin baş məşqçisi: Neftçi ilə oyunda şans biz tərəfdə deyildi
İdman 42

Şans biz tərəfdə deyildi.

"Report" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"yə qarşı ilk oyundan sonra baş tutan mətbuat konfransında deyib.

O, məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

"Maraqlı oyun oldu. Yeni futbolçularımızı meydanda görmək üçün şans əldə etdik. Məncə, pis təsir bağışlamadılar. Oyun ərzində qol epizodları yaradırıq və bunlardan maksimum istifadə etməyi bacarmalıyıq. Amma reallaşdırmaqda problemlərimiz var. Hər hissədə 3-4 qol vəziyyətlərimiz oldu. Şans biz tərəfdə deyildi. Xeyirlisi nədirsə, o da olsun. İrəli baxmaq lazımdır".

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Neftçi" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb

Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah" doğma meydanda "Sumqayıt"la qarşılaşıb. Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da baş tu...

14 İdman 21:15 05 fevral 2025

Son xəbərlər