Karlo Ançelotti "Barselona"nın oyunçusundan danışdı - "O, çox təhlükəlidir"
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 11-ci turunun "Barselona" ilə vacib oyunu ərəfəsində Lamin Yamalla bağlı sualı cavablandırıb.
BAKU.WS Championat.com-a istinadən xəbər verir ki, Ançelottidən "Real Madrid"in Yamalı dayandırmaq üçün xüsusi planının olub-olmaması soruşulub.
"Karyerasına təsirli başladı. Onun oyununu və davranışını çox bəyənirəm. O, çox təhlükəli oyunçudur, amma diqqətimizi etdiyimiz işə cəmləməliyik. "Barsa"ya böyük hörmətimiz var, onlar çox yaxşı işləyirlər", - deyə Ançelotti cavab verib.
Xatırladaq ki, El Klassiko sabah Madriddəki Santiago Bernabeu stadionunda keçiriləcək. Matçın baş hakiminin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Oxşar xəbərlər
Padel tennis üzrə Bakı şəhər çempionatına yekun vurulub
Azərbaycan Tennis və Padel Federasiyası tərəfindən təşkil olunan Padel tennis üzrə Bakı şəhər çempionatına yekun vurulub. BAKU.WS "Report"a istinadən xəbər veri...