Kantenin "Fənərbağça"ya transferdən sonra ilk sözləri belə oldu
Yeniliklərdən dərhal xəbərdar olun
"Fənərbağça" uzun müddətdir gözlənilən N'Golo Kantenin transferini rəsmi olaraq başa vurub.
BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl İttihad" klubu ilə sənəd və prosedur problemlərindən sonra "Sarı-göylər" fransız ulduzla 2,5 illik müqavilə imzalayaraq transferi yekunlaşdırıb.
Kante ilk açıqlamasında "Fənərbağça"ya kuboklar qazanmaq üçün gəlmişəm! Hazıram, çox xoşbəxtəm" deyib.
Qeyd edək ki, "Fənərbağça" Kanteyə 2,5 illik müqavilə üçün 14,4 milyon avroluq transfer bonusu ödəyəcək. Kante mövsümün qalan hissəsində 5,5 milyon avro alacaq.
Fransız ulduz qalan iki mövsümdə ildə 11 milyon avro qazanacaq. Kantenin transferinin bir hissəsi olaraq, "Fənərbağça" Yusif Ən-Nesirini Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna göndərib. Bu müqavilədə "Əl-İttihad" Yusif Ən-Nesir və N'Qolo Kante üçün "Fənərbağça"ya 15 milyon avro transfer haqqı ödəyib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...