Kamandan oxatma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
U-15, U-18 və U-21 yaş kateqoriyalarında kamandan oxatma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Azərbaycan Kamandan Oxatma Federasiyasının, həmçinin Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.
Nazirliyin Olimpiya və Paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov, həmçinin Azərbaycan Kamandan Oxatma Federasiyasının Yarışların təşkili və klublarla iş şöbəsinin müdiri Kamran Həsənzadə idmançılara uğurlar arzulayıblar.
Qeyd edək ki, 49 idmançının 40, 60 və 70 metr məsafələrdə mübarizə apardığı ölkə birinciliyinə iyunun 2-də yekun vurulacaq.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...