Joze Mourinyo "Fənər"in məğlubiyyətindən sonra: "Gecələr yata bilməsəm…"
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo komandasının Avropa Liqasının ümumi mərhələsinin 6-cı turunda "Atletik"lə oyunda (0:2) məğlubiyyətindən danışıb.
BAKU.WS "Championat.com"a istinadən xəbər verir ki, o komandasına xəyanət etməyəcəyini vurğulayıb:
"Biz diqqət mərkəzində qalmalıyıq. Mən heç vaxt futbolçularıma xəyanət etməyəcəyəm. İndi lazım olan şey sakitlikdir. Zədəlilər tezliklə qayıdacaq, bizi yeni matçlar gözləyir. Gecələr yata bilməsəm, axşam "Başakşəhər"lə oyuna hazırlaşmağa başlayacam. Keçid dövründəyik, gələcək üçün qarşımıza qoyduğumuz hədəflərə doğru irəliləyirik.
Azarkeşlərin narazılığına gəlincə, bunu müzakirə edə bilmərəm. Azarkeşlər klubumuzun əsasını təşkil edir və mən sadəcə onlar üçün çalışan bir işçiyəm. Mən onları günahlandırmaq fikrində deyiləm, baxmayaraq ki, biz bu gün bir neçə səhvə yol vermişik", - Mourinyo deyib.
Xatırladaq ki, "Fənərbağça" Avropa Liqasının ümumi mərhələsində 8 xalla 15-ci yerdədir. "Atletik"in 16 xalı var. Valverdenin komandası turnirin yekun cədvəlində liderliyi ələ keçirib.
Oxşar xəbərlər
Nəriman Abbasov mübahisəli qərarla Marif Piraevə uduzdu
Ötən gün 11-də Hype FC təşkilatının növbəti turniri keçirilib. BAKU.WS fight.ru-ya istinadən xəbər verir ki, gecənin əsas döyüşündə Rusiya təmsilçisi Maarif Pir...