İtaliyada dünya çempionu olan Zəhra Allahverdi: "Qazandığım nəticə ilə fəxr edirəm"
Zəhra Allahverdi İtaliyanın Montesilvano şəhərində keçirilən dünya çempionatında qazandığı nəticə ilə fəxr edir.
BAKU.WS xəbər verir ki, şahmatçı bunu "Report"a açıqlamasında deyib.
O, qarşılaşmaların böyük rəqabət şəraitində keçdiyini vurğulayıb:
"Rəqiblərim arasında beynəlxalq titula sahib olanlar da var idi. Buna baxmayaraq, çox yaxşı çıxış edərək birinci yeri tutdum. Buna görə çox sevinirəm. Qarşılaşmalar kifayət qədər həyəcanlı və böyük rəqabət şəraitində baş tutdu. Bununla belə, qalib olmağı bacardım. Qazandığım nəticə ilə fəxr edirəm".
Qeyd edək ki, Z.Allahverdi XI turda Türkiyə şahmatçısı Tuana Abakla heç-heçə oynayıb. O, yekunda 9 xal toplayaraq mübarizə apardığı U-14 yaş qrupunda dünya çempionu olub.
Oxşar xəbərlər
"Qəbələ" Kouya Mabena ilə müqavilə imzalayıb
"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib. BAKU.WS bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Fildişi Sahilindən olan sol cinah müd...