İspanlar Ançelottinin yerinə alternativ axtarır: Zidan gələcək?
Yeniliklərdən dərhal xəbərdar olun
El Klassikoda "Barselona"ya tarixi məğlubiyyət İspaniya qəzetlərinin Karlo Ançelottiyə olan inamını sarsıdıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Flikin sadə ofsayd taktikasını belə həll edə bilməyən və 8-i Mbappe olmaqla 12 dəfə ofsayd düşən "Real Madrid"ə çarə tapa bilməyən Ançelotti bardağı daşıran son damla olub.
Ançelottinin gələcəyi ilə bağlı spekulyasiyalar artsa da, "Real Madrid"in yaxın gələcəkdə hər hansı dəyişiklik edəcəyi gözlənilmir. Ancaq mövsümün sonunda çempionluq gəlməsə, vəziyyət dəyişəcək.
"Real Madrid"in baş məşqçisi postuna Zinəddin Zidanın gələcəyi iddi edilir. Ancaq iddialara görə, Zidan bu dəfə qayıtmaq istəmir. Fransızın hədəfinin Fransa Milli Komandası olduğu bildirilir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...