İran millisini DÇ-2026-dan imtinaya görə 320 min dollar cərimə gözləyir

İran millisini DÇ-2026-dan imtinaya görə 320 min dollar cərimə gözləyir
İdman 15

Beynəlxalq Futbol Federasiyası (FİFA) İran milli komandasını 2026-cı il dünya çempionatında iştirakdan imtina edəcəyi halda ən azı 320 min dollar məbləğində cərimələyə bilər.

BAKU.WS xəbər verir ki, qurumun qaydalarına görə, turnirdə iştirak edən bütün milli assosiasiyalar yarışın bütün oyunlarında çıxış etməyi öhdələrinə götürürlər.

Əgər komanda final mərhələsinin ilk oyun gününə 30 gündən az müddət qalmış turnirdən imtina edərsə, ona 250 min İsveçrə frankı (təxminən 320 min dollar) məbləğində cərimə tətbiq oluna bilər.

Bundan əvvəl İranın idman naziri Əhməd Donyamali yığmanın 2026-cı il dünya çempionatında iştirak imkanının olmadığını bildirmişdi.

Futbol üzrə dünya çempionatı 2026-cı il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

İran millisi seçmə mərhələni uğurla keçərək G qrupuna düşmüşdü. Bu qrupda onların rəqibləri Belçika, Misir və Yeni Zelandiya komandalarıdır. Komandanın bütün oyunlarının ABŞ ərazisində keçirilməsi planlaşdırılıb.

Hazırda İranın turnirdə iştirak etməyəcəyi halda onu hansı komandanın əvəz edəcəyi hələ məlum deyil. Bəzi media orqanları ehtimal edir ki, beynəlxalq yarışlardan kənarlaşdırılmış Rusiya milli futbol komandası "vayld-kard" əsasında turnirə dəvət oluna bilər.

Son xəbərlər