İqor Kostyuk: "Qarabağ" "Dinamo" ilə oyunda qələbə qazanmaq üçün bütün imkanlarından istifadə edib

İqor Kostyuk: Qarabağ Dinamo ilə oyunda qələbə qazanmaq üçün bütün imkanlarından istifadə edib
İdman 0

"Qarabağ" "Dinamo" ilə oyunda qələbə qazanmaq üçün bütün imkanlarından istifadə edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna klubunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları matç barədə danışıb:

"Qarabağ" bütün imkanlarından istifadə etdi və bu oyuna öz təsirini göstərdi. Komanda ilk dəqiqələrdə aqressiv oynadı. Çalışırdıq ki, top bizdə olsun. Qələbə qazanmaq üçün əlimizdən gələni edirdik. Komandadan ayrılacağımla bağlı deyilənlər isə reallığa uyğun deyil".

Qeyd edək ki, "Qarabağ" "Dinamo"nu iki oyunun nəticəsinə görə, (0:1, 2:0) mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə adlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər