"İnter" Bastoninin transfer qiymətini açıqlayıb - "Barselona" maraqlanır
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın "İnter Milan" klubu mərkəz müdafiəçisi Alessandro Bastoni üçün mümkün transfer qiymətini müəyyənləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Mənbənin məlumatına görə, Milan klubu futbolçunun satışı ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. Komandada yalnız hücumçular Lautaro Martinez və Françesco Pio Esposito toxunulmaz hesab olunur. Digər futbolçular isə sərfəli təklif olacağı halda komandadan ayrıla bilər.
Bildirilir ki, "İnter" Bastoni üçün ən azı 70 milyon avro təklif olunarsa, danışıqlara başlamağa razıdır. Futbolçu ilə maraqlanan "Barselona" isə bu şərtlərdən xəbərdardır.
Kataloniya klubunda hesab edirlər ki, 70 milyon avroluq qiymət bir qədər yüksəkdir. Lakin məbləğin azaldılması üçün müxtəlif variantların mümkün olduğu düşünülür. Məsələn, transfer müqaviləsinə "Barselona"nın başqa bir futbolçusunun da daxil edilməsi ehtimalı müzakirə olunur.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...