İngiltərənin nəhəng klubları qanalı futbolçunu transfer etmək istəyir
17
may
2025
18:50
İngiltərənin "Arsenal" və "Liverpul" klubu "Vest Hem"də çıxış edən Məhəmməd Kudusu heyətinə cəlb etmək istəyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "TBR Football" nəşri məlumat yayıb.
London təmsilçisi 24 yaşlı vingeri 65-70 milyon funt-sterlinqə satmağa hazırdır.
Qanalı oyunçunun mümkün gedişi ilə bağlı danışıqların yaxın həftələrdə sürətlənəcəyi gözlənilir.
Qeyd edək ki, Məhəmməd Kudus cari mövsüm "Vest Hem" forması ilə 33 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
"Real" baş məşqçisini istefaya göndərdi
İspaniyanın "Real Madrid" futbol klubu Superkubokda "Barselona"ya məğlubiyyətdən sonra baş məşqçi Xabi Alonsonun vəzifəsindən azad edildiyini elan edib. BAKU.WS...