İngiltərənin iki klubu "Sportinq"in hücumçusu Fransişku Trinkauya maraq göstərir
İngiltərənin "Mançester Siti" və "Tottenhem" klubları "Sportinq"in (Portuqaliya) hücumçusu Fransişku Trinkauya maraq göstərir.
BAKU.WS report-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
26 yaşlı futbolçu ilə "Əl-Əhli" də yaxından maraqlanır. Amma o, Səudiyyə Ərəbistanı klubuna keçməyə tələsmir.
F.Trinkau Portuqaliya millisi DÇ-2026-da mübarizəni dayandırandan sonra İngiltərə Premyer Liqası klubları ilə bağlı variantı nəzərdən keçirmək istəyir.
Qeyd edək ki, futbolçu 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 54 matçda 13 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Sportinq"lə müqaviləsinin müddəti 2030-cu ilin iyununa kimi nəzərdə tutulub.
"Transfermarkt" portalı Fransişku Trinkaunun dəyərini 40 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
Ferran Torres "Barselona"nı PSJ-yə dəyişməyə RAZILIQ VERDİ
İspaniya futbol millisinin yarımmüdafiəçisi Ferran Torres "Barselona" klubundan Fransanın PSJ komandasına transfer olunmağa razılıq verib. BAKU.WS Oxu.Az-a isti...