İngiltərə Premyer Liqasında SENSASİYA: Lider "Arsenal" evdə "Bornmut"a uduzdu
İngiltərə çempionatının 32-ci turu çərçivəsində baş tutan ev oyununda "Arsenal" gözlənilməz şəkildə "Bornmut"a 1:2 hesabı ilə məğlub olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Bornmut"un heyətində qolları Eli Krupi (17-ci dəqiqə) və Aleks Skott (74-cü dəqiqə) öz aktivinə yazdırıb. London təmsilçisinin yeganə qoluna isə 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Viktor Dyokereş imza atıb.
Bununla da "Bornmut", İngiltərə Premyer Liqasında yanvarın 25-dən bəri "Arsenal"a ilk məğlubiyyətini yaşadıb.
Xatırladaq ki, London təmsilçisi sonuncu dəfə məhz həmin tarixdə öz meydanında "Mançester Yunayted"ə (2:3) uduzmuşdu. Həmin vaxtdan bəri "Arsenal" milli çempionatda altı qələbə qazanıb və iki dəfə heç-heçə etmişdi.
Bu, "Arsenal"ın son dörd matçda artıq üçüncü məğlubiyyətidir. Bundan əvvəl komanda İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti"yə (0:2), İngiltərə Kubokunun 1/4 finalında isə "Sauthempton"a (1:2) uduzmuşdu. Londonlular bu dövr ərzində yeganə qələbəsini Çempionlar Liqasının 1/4 finalının ilk oyununda "Sportinq"ə (1:0) qarşı qazanıb.
Hazırda "Arsenal" 32 oyundan sonra 70 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. Ehtiyatında iki oyunu olan və 61 xal toplayan "Mançester Siti" 2-ci yerdə qərarlaşıb. "Bornmut" isə 45 xalla 9-cu pillədədir. Növbəti turda, aprelin 19-da "Arsenal" səfərdə "Mançester Siti"nin qonağı olacaq, "Bornmut" isə bundan bir gün əvvəl səfərdə "Nyukasl"la qarşılaşacaq.
Oxşar xəbərlər
Robertson "Tottenhem"ə keçmək üçün şərt irəli sürüb
"Liverpul"un müdafiəçisi Endryu Robertson "Tottenhem"in İngiltərə Premyer Liqasında yerini qoruyacağı halda bu kluba keçməyə razıdır. BAKU.WS "Report"a istinadə...