İkiqat olimpiya çempionunun oğlu Azərbaycan millisi üçün yarışmaq hüququ qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
İkiqat olimpiya çempionu, məşhur fiqurlu konkisürən Yevgeni Pluşenkonun oğlu Aleksandr Pluşenko beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək üçün rəsmi icazə alıb.
BAKU.WS-in məlumatına görə, Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Aleksandr Pluşenkoya Azərbaycan millisinin heyətində çıxış etməsinə imkan verən "Clearance Certificate" (keçid icazəsi) adlı rəsmi sənədi təqdim edib.
Bu sənəd yalnız idmançının yeni ölkənin vətəndaşlığını alması və ya həmin ölkədə yaşaması kimi müəyyən şərtlərdən birini yerinə yetirdiyi hallarda verilir.
Xatırladaq ki, bu ilin may ayında Aleksandr Pluşenkonun idman vətəndaşlığını dəyişərək Azərbaycan millisinin heyətində çıxış edəcəyi məlum olmuşdu.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...