III MDB Oyunları: Xankəndidə oxatma yarışlarının qalibləri mükafatlandırılıblar
III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışlarına bu gün yekun vurulub.
BAKU.WS xəbər verir ki, Xankəndi şəhər stadionunda baş tutan final qarşılaşmalarında Azərbaycanın qadınlardan ibarət yığma komandası bürünc medal uğrunda Belarus komandası ilə qarşılaşıb və məğlub olub.
Oğlanlardan ibarət komandaların yarışında birinci yeri Rusiya, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə Özbəkistan tutublar. Qızlardan ibarət komandalar arasında birinci yeri Rusiya, ikinci yeri Özbəkistan, üçüncü yeri isə Belarus komandalar qazanıb. Qarışıq komandaların mübarizəsində isə Belarus birinci, Qazaxıstan ikinci, Rusiya isə üçüncü yerə layiq görülüblər.
Fərdi yarışlarda oğlanlar arasında Özbəkistan idmançısı qalib gəlib, Rusiya təmsilçiləri isə ikinci və üçüncü yerləri bölüşüblər. Qızların fərdi yarışlarında birinci yeri Qazaxıstan, ikinci və üçüncü yerləri isə Rusiya oxatanları tutublar.
Yarışlardan sonra qalib və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.
Qalereya
Oxşar xəbərlər
İslamiadada qızıl medal qazanan Jalə Əliyeva: "Yarışa çox ciddi hazırlaşmışdım, finalda qalib gəlmək çox sevindiricidir"
"Finalda qalib gəlmək çox sevindiricidir". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəy...