III MDB Oyunları: Üzgüçülüyün daha iki növündə medalçılar müəyyənləşib

Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar müəyyənləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, qadınların yarışında 100 metr məsafəyə arxasıüstə üzmədə qalib bəlli olub.
Rusiyalı Anastasiia Kobzar qızıl, qazaxıstanlı Margarita Rayenko ilə Margarita Zaitseva gümüş və bürünc medal qazanıblar.
50 metr məsafəyə bras üsulu ilə üzmədə digər rusiyalı Maiia Iakovleva qızıl mükafata sahib çıxıb.
Belarusdan olan Anastasiya Vasilenko ikinci, özbəkistanlı Sevara Rashidova üçüncü olub.
***10:48
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal əldə edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, üzgüçü Oqtay Hüseynov birinci yeri tutub.
O, 400 metr məsafəyə qarışıq üzmə yarışında bütün rəqiblərini qabaqlayıb.
Rusiyalı İlya Yamşanov ikinci, Belarusdan olan Maksim Malışka üçüncü yeri tutub.
***10:27
Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar müəyyənləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Rusiya təmsilçisi Yevgeniya Sadovnikova 100 metr məsafəyə sərbəst üsulla üzmədə qızıl mükafata sahib çıxıb.
Gümüş medalı onun həmyerlisi Valeriya Brazniçenko , "gümüş"ü isə Belarusdan olan Anastasiya Vasilenko qazanıb.
***
Azərbaycanın daha bir üzgüçüsü III MDB Oyunlarında bürünc medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Eqor Maynitskiy üçüncü yeri tutub.
O, 200 metr məsafəyə bras üsulu ilə üzmədə fərqlənib. Rusiyalı İlia Yaşmanov qızıl, Balarusdan olan Maksim Malyşka gümüş medala sahib çıxıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan taekvondoçusu: "III MDB Oyunlarında qızıl medal qazanmaq möhtəşəm hissdir"
III MDB Oyunlarında qızıl medal medal qazanmaq Azərbaycan taekvondoçusu Ziya Həsənli (63 kq) üçün möhtəşəm hissdir. BAKU.WS xəbər verir ki, idmançı ölkəmizdə ke...
