III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
III MDB Oyunları çərçivəsində bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Şəkidə çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan seçmələri üz-üzə gələcəklər.
Şəkidə eyni zamanda bədii gimnastika üzrə yarışlara start veriləcək.
Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşəcək.
Sözügedən idman mərkəzində qılıncoynatma görüşləri davam edəcək, güllə atıclığına isə yekun vurulacaq.
Bundan başqa, Gəncədə 3x3 basketbol üzrə yarışın mükafatçıları bəlli olacaq.
Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə final yarışları keçiriləcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...