Həmyerlilərimiz taekvondo üzrə Avropa birinciliyində medallara layiq görüldülər
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 9-da Yunanıstanın Afina şəhərində kiçik yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçirilib.
Taekvondoçularımız uğurla çıxış edərək ümumilikdə 5 qızıl, 5 gümüş, 5 bürünc medala layiq görülüblər.
Ümumi hesabda Azərbaycan komandası birinci pillədə qərarlaşıb.
İdmançılarımızın nəticələri əsasən belə olub:
Qızıl medal
Əhməd Mürvətov (27 kq)
Əsma Abdullazadə (27 kq)
Fidan Qafarova (30 kq)
Rizvan Abdullayev (30 kq)
Cahid İsmayılzadə (52 kq)
Gümüş medal
Ayşən Abuzərova (27 kq)
Ümid Şahbazov (36 kq)
Sübhan Rzayev (40 kq)
Fateh Sultanlı (44 kq)
Hüseyn İsmayılov (52 kq, "Atlet" TK)
Bürünc medal
Aysu Qəribli (44 kq)
Günəş Əzimzadə (52 kq)
Vidadi Məmmədli (27 kq, "Altay" TK)
Rüqəyya Əliyeva ( 27 kq, "Nərimanov" İK)
Aydan Hüseyinova (30 kq, "İrəvan" TK)
Qeyd edək ki, milli komanda ilə yanaşı, 1 gümüş və 3 bürünc medal "Atlet" TK, "Altay" TK, "Nərimanov" İK və "İrəvan" taekvondo klublarının təmsilçiləri tərəfindən qazanılıb.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...