Haalandın növbəti klubu və "Man City"dən ayrılacağı tarix açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Mançester Siti"nin 24 yaşlı hücumçusu Erlinq Haaland İngiltərə komandasını tərk edə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "El Gol Digital" saytı məlumat yayıb.
Məlumata görə, Haaland "Barselona"ya keçə bilər, lakin bu, 2026-cı ilin yayından əvvəl baş verməyəcək. Məhz 2026-cı ildə Robert Levandovski komandadan ayrılacaq. Kataloniyalılar əmindirlər ki, Haaland onları seçəcək.
Haaland özü də La Liqada oynamaq arzusundadır.
Norveçli futbolçu ötən mövsüm "Şəhərlilər"ın heyətində bütün turnirlərdə 45 oyun keçirib, 35 qol vurub və 6 məhsuldar ötürmə edib. 2024/2025 mövsümündə forvard Premyer Liqada 12 qol vurub.
Transfermarkt portalı Haalandın dəyərini 200 milyon avro olaraq qiymətləndirir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...