Gürcüstan millisi Bakıda keçirilən dünya çempionatında BƏƏ-ni məğlub edib

22
may
2025
21:58
Gürcüstan millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında BƏƏ yığmasını məğlub edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, G qrupunun oyunu Milli Gimnastika Arenasında baş tutub.
Mundialın ikinci gününün yeddinci qarşılaşması avropalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta Rikanı (1:0), Çexiya Argentinanı (2:1), Polşa Qazaxıstanı (2:1), Bosniya və Herseqovina ABŞ-ni (4:2) məğlub edib. Monteneqro - Tailand matçında qalib müəyyənləşməyib - 1:1.
Oxşar xəbərlər
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, baş tutan 8 matçdan sonra mundialda qr...
