Güləşçimiz ermənini udaraq Avropa çempionatında finala yüksəldi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
BAKU.WS Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində rəqib Ermənistan təmsilçisi Tiqran Minasyan olub.
Qarşılaşmanın əvvəlindən ardıcıl fəndlər tətbiq edən Məmmədli sona 63 saniyə qalmış 9:0 hesablı tam üstünlüklə qələbəni təmin edib.
Finalda onun rəqibi Vitali Yeryomenko (Moldova) - İrakli Dzimistraişvili (Gürcüstan) görüşünün qalibi olacaq.
Qeyd edək ki, 87 kq-da yer alan Laçın Vəliyev də bürünc medal uğrunda qarşılaşmada ermənistanlı Gevorq Tadevosyanı sınağa çəkəcək.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də, final qarşılaşmaları isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. 63 kq-da Ziya Babaşov və 77 kq-da Xasay Həsənli müvafiq olaraq gürcüstanlı Giorgi Şotadze və Davit Soloqaşvili ilə çempionluq uğrunda mübarizə aparacaq.
Qalereya
Oxşar xəbərlər
Qran-pri: Sərbəst güləşçilərimiz 5 medal qazandı
Azərbaycan sərbəst güləşçiləri Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisində 5 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 2-si gümü...