Güləş üzrə U17 dünya çempionatının ikinci gününə yekun vuruldu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatının yunan-Roma növü üzrə ikinci günə yekun vurulub.
BAKU.WS xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri üç medal qazanıblar.
Belə ki, 48 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı yunan-Roma güləşçisi Ömər Salmanov bürünc medal qazanıb.
Bundan başqa, Orxan Həbibli də (65 kq) də eyni uğuru təkrarlayıb.
80 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz İsfahan Həsənov isə yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.
Qeyd edək ki, sabah Əli Cavadlı (45 kq) və Abdulrəhman Hüseynli (51 kq) final görüşlərinə çıxacaqlar.
Elmir Çərkəzov (60 kq) isə "bürünc" uğrunda rəqibini məğlub etməyə çalışacaq.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...