Güclü futbolçulara sahib Türkiyə millisi - 385 milyonluq heyət

Güclü futbolçulara sahib Türkiyə millisi - 385 milyonluq heyət
İdman 43

Dünya Çempionatının Avropa zonası üzrə seçmə oyunlarında mübarizə aparan Türkiyə millisi heç vaxt olmadığı qədər güclü heyətə malikdir.

BAKU.WS-in məlumatına görə, Türkiyə yığması turnirdə favoritlərdən biri olmasını Gürcüstanla səfər arşılaşmasında əldə etdiyi qələbə ilə bir daha nümayiş etdirdi.

Seçmə mərhələdə növbəti görüşünün İspaniya ilə keçirəcək komanda ümumi bazar dəyəri 385 milyon avro təşkil edir.

Türkiyə millisinin ən bahalı futbolçusu Kənan Yıldızdır. Hazırda "Yuventus"da çıxış edən 20 yaşlı hücumçu 50 milyon avro dəyərində qiymətləndirilir. Ondan sonra Arda Gülər ("Real Madrid", 45 milyon avro) və Hakan Çalhanoğlu ("İnter", 30 milyon avro) gəlir.

Ən ucuz futbolçu isə 36 yaşlı qapıçı Mərt Günokdur. "Beşiktaş"ın qolkiperi hazırda 1 milyon avro bazar dəyərinə sahibdir.

Türkiyə millisinin hücum potensialı 170 milyon avrodan çox qiymətləndirilir. Bu heyətlə komanda Avropa zonasında güclü rəqiblərlə mübarizə aparacaq.

Hücum xətti:

Kənan Yıldız – "Yuventus" – 50 milyon avro

Arda Gülər – "Real Madrid" – 45 milyon avro

Kərəm Aktürkoğlu – "Fənərbağça" – 24 milyon avro

Barış Alper Yılmaz – "Qalatasaray" – 21 milyon avro

Yunus Akgün – "Qalatasaray" – 14 milyon avro

Oğuz Aydın – "Fənərbağça" – 11 milyon avro

İrfan Can Kahveci – "Fənərbağça" – 7 milyon avro

Deniz Gül – "Porto" – 4 milyon avro.

Türkiyə millisinin müdafiə xəttinin ümumi dəyəri təxminən 82 milyon avro təşkil edir.

Müdafiə xətti:

Fərdi Kadıoğlu – "Brighton" – 25 milyon avro

Merih Demiral – "əl-Əhli" – 13 milyon avro

Yusuf Akçiçek – "əl-Hilal" – 12 milyon avro

Çağlar Söyüncü – "Fənərbağça" – 7 milyon avro

Abdülkerim Bardakcı – "Qalatasaray" – 7 milyon avro

Zeki Çelik – "Roma" – 6 milyon avro

Mert Müldür – "Fənərbağça" – 6 milyon avro

Eren Elmalı – "Qalatasaray" – 5 milyon avro

Samet Akaydin – "Rizespor" – 1,5 milyon avro

Ümumilikdə həm hücum, həm də müdafiədə gənc istedadlarla yanaşı, təcrübəli oyunçuların olması komandaya güclü balans qazandırır.

Son xəbərlər