Gözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir.
BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, artıq 13-cü dəfədir ki, Azərbaycanda baş tutan yarışa 42 ölkədən ən istedadlı gimnastlar toplaşıblar.
Bu kuboku digərlərindən fərqləndirən əsas məqam onun Los-Anceles 2028 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır.
Yarış zamanı gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayacaqlar.
Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası, ənənəyə uyğun olaraq, "AGF Trophy" mükafatına layiq görüləcək.
Qalereya
Oxşar xəbərlər
"Xilasedici" Azərbaycan çempionu olub
Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub. BAKU.WS report-a istinadən xəbər verir ki, final oyununda "Xilasedici" "Ordu" ilə üz...