"Gent"in baş məşqçisi: "Rəqibin meydana əvəzetmədən daxil olan futbolçuları fərq yaratdılar"

Gentin baş məşqçisi: Rəqibin meydana əvəzetmədən daxil olan futbolçuları fərq yaratdılar
İdman 140

Belçikanın "Gent" klubunun baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

BAKU.WS-in məlumatına görə, rəqibin baş məşqçisi qarşılaşmanın bərabər səviyyədə keçdiyini bildirib:

"Oyun bərabər mübarizə şəraitində gedirdi. Bizim "Qarabağ" qədər qol şansımız oldu. İlk 20 dəqiqədə qol epizodlarımız var idi. Düşünürdüm ki, ilk hissədə hesabda önə keçəcəyik. Amma "Qarabağ" ikinci hissəyə daha hazırlıqlı çıxmışdı. Əvəzetmələr sözünü dedi. Penalti qərarı yanlış idi. İstəməzdim Belçikaya bu hesabla yollanaq. Amma bizim hələ də şansımız qalır. Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik".

Baş məşqçi "Qarabağ" çox zəngin ehtiyyat oyunçular skamyasının olmasına da diqqət çəkib: "Fasilədən sonra rəqibin meydana daxil olan futbolçuları fərq yaratdılar. "Qarabağ"ın qapıçı seçimi bizim üçün sürpriz oldu. Biz gənc qapıçının (Amin Ramazanov - red) oynayacağını gözləyirdik. "Qarabağ"ın hər bir futbolçusunun yüksək fərdi keyfiyyətləri var. Onların hər biri ayrılıqda matçın taleyini həll edə bilərlər. Rəqibin 11 yox, 25-30 yaxşı oyunçusu var".

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin Bakıda keçirilən ilk qarşılaşmasında "Qarabağ" rəqibini kabo-verdeli legioneri Leandro Andradenin 78-ci dəqiqədə vurduğu yeganə qol sayəsində minimal hesabla məğlub edib. “Qarabağ”la “Gent” arasında cavab oyunu fevralın 23-də, Belçikada keçiriləcək.

Son xəbərlər