“Gent”-“Qarabağ” oyununun hakimləri bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Gent”-“Qarabağ” matçının hakimləri məlum olub.
BAKU.WS xəbər verir ki, oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Uilyam Kollama olacaq. Şotland referini Frensis Konnor və David Roome müşayiət edəcəklər.
İngiltərəli Devid Kut VAR hakimi, Li Betts isə onun köməkçisi olacaq.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda baş tutan ilk görüşdə “Köhlən atlar” rəqibi minimal hesabla məğlub etməyi bacarıb. Cavab qarşılaşması fevralın 23-də “Gent”də baş tutacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: "Qarabağ" "Gent"i məğlub edib - YENİLƏNİB
"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Belçikanın "Gent" klubu ilə üz-ü...