Gənclər arasında Avropa çempionatında bürünc medal qazanmış idmançımız: “Bu, hələ başlanğıcdır” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Buxarestdə təşkil edilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanmış Ramil Vəlizadə üçün Su İdman Sarayında görüş təşkil edilib.
Sarayın rəhbərliyi və məşqçilərin də qatıldığı tədbirdən sonra idmançımız BAKU.TV-nin suallarını cavablandırıb.
O, gənclər arasında Avropa çempionatında bürünc mükafat qazanmaqla ilkə imza atdığını bildirib:
“Söz vermişdim ki, ölkəmizi, bayrağımızı bu idman növündə uğurla təmsil edəcəm. Bu gün bu uğuru qazanmışamsa, bununla fəxr edirəm. Bizdə bir klişe var ki, Azərbaycandan üzgücü çıxmır.
Olimpiadada təmsilçilərimiz haqqında isə “getdi, suda batdı” kimi söhbətlər edirdilər. Sevinirəm ki, buna son qoya bildim. Ümid edirəm ki, bundan sonra daha belə söhbətlər olmayacaq. Bildirim ki, bu, son deyil, hələ başlanğıcdır”.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...