Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilib

Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.
***19:12
Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak edirlər.
Açılış paradında Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.
Qeyd edək ki, iki gün əvvəl start götürən yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
Yarışın bağlanış mərasimi oktyabrın 8-də, Gəncə şəhər stadionunda baş tutacaq.

Oxşar xəbərlər
Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu "Lapua" Avropa Kubokunda Azərbaycan təmsilçisi Ruslan Lune...
