"Galatasaray"a vurduğu qol onu 20 milyon avroluq futbolçu etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Belçikanın çempionu "Union Saint-Gilloise" klubunun kanadalı hücumçusu Promise David Çempionlar Liqasında göstərdiyi oyunla Premyer Liqa komandalarının diqqətini çəkib.
BAKU.WS xəbər verir ki, UEFA Çempionlar Liqasının 5-ci turunda İstanbulda "Galatasaray" üzərində 1:0 hesablı qələbəni təmin edən qolun müəllifi olan 24 yaşlı forvardın qış fasiləsində İngiltərəyə transfer olunacağı bildirilir.
İngiltərə mediasının məlumatına görə, "Lids Yunayted" və "Vest Hem" gənc hücumçu uğrunda yarışa başlayıb. Xüsusilə "Vest Hem"in transferdə daha israr etdiyi və Promise David üçün 20 milyon avro ödəməyə hazır olduğu qeyd olunur. Klubun son illərdə Haller, Skamakka və Fülkriq kimi bahalı hücumçu transferlərindən istədiyini ala bilməməsi bu qərarda rol oynayıb.
Kanadalı forvard Estoniya Liqasında kəşf edildikdən sonra 2024-cü ilin yayında 600 min avroya Union Saint-Gilloise-ə transfer olunmuşdu. David ilk mövsümündə 24 qol vurub. Bu mövsümdə isə Galatasaray-a qarşı vurduğu qol da daxil olmaqla artıq 8 qola imza atıb.
Oxşar xəbərlər
Könül Əliyeva "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın olub
Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb. BAKU....