Futbol üzrə dünya çempionatı bu kanalda CANLI YAYIMLANACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
İTV bu il noyabr-dekabr aylarında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı yayımlayacaq.
BAKU.WS xəbər verir ki, bunu İTV-nin baş direktoru Balakişi Qasımov APA-ya açıqlamasında deyib.
O bildirib ki, detektiv janrda iki maraqlı serialın çəkilişi aparılır. “Əminəm ki, bu seriallar bazarda çevriliş yaradacaq. Yeni mövsümdən bu serialların da yayımı həyata keçiriləcək”.
Balakişi Qasımov “Maska” şounun da İTV-də yayımlanacağını vurğulayıb: “Biz hər il izləyicilərə beynəlxalq lisenziyalı layihə təqdim etməyə çalışırıq. “Maska” şou layihəsinin təqdimatı olacaq. Planlaşdırırıq ki, “Maska” şou yanvar ayından efirdə olsun”.
Oxşar xəbərlər
Olimpiya mükafatçıları Bakıya gəlir – İLK DƏFƏ
16-17 fevral tarixlərində Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb.Azərbaycan Gimnastika Federas...