Futbol üzrə Azərbaycan millisi mükafatlandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
"FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Elvin Cəfərquliyev ölkəmizdə təşkil olunan yarışın ən yaxşı futbolçusu adına layiq görülüb.
Ardınca Syerra Leone yığmasının üzvlərinə medallar verilib. Daha sonra yarışın qalibinə mükafatlar təqdim olunub.
Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və Syerra Leone Futbol Assosiasiyasının rəsmiləri iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan millisi turnirdəki ilk qarşılaşmasında Sent Lüsiya seçməsini 6:1 hesabı ilə üstələyib. Syerra Leone ilə matçın əsas vaxtı heç-heçə (1:1) yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq (9:8) olan Azərbaycan komandası turnirin qalibi olub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...