Fransadan "Beşiktaş" azarkeşlərinə sərt qadağa
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Beşiktaş" klubunun azarkeşləri Avropa Liqasının Liqa mərhələsinin III turunun Fransa "Lion"u ilə səfər oyununa buraxılmayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə RMC Sport agentliyi məlumat yayıb.
Belə ki, Fransanın Milli Xuliqanlıqla Mübarizə İdarəsi "Lion" və "Beşiktaş" arasında gözlənilən görüşü çox riskli adlandırıb.
Bu səbəbdən Türkiyə klubunun azarkeşlərinə Lionun mərkəzində və şəhər ətrafında pullu yollarda avtomobil sürmək də qadağan ediləcək. Fransa Daxili İşlər Nazirliyinin tezliklə müvafiq əmri dərc edəcəyi gözlənilir.
Xatırladaq ki, "Lion" - "Beşiktaş" matçı oktyabrın 24-nə təyin edilib. İlk turda "Lion" evdə Yunanıstan "Olimpiakos"unu 2:0 hesabı ilə məğlub edib, "Beşiktaş" səfərdə Hollandiya "Ayaks"ına 0:4 hesabı ilə uduzub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...