"Formula-1" üzrə Britaniya Qran-prisinin sprint yarışının qalibi məlum oldu
"Formula-1" üzrə dünya çempionatında 9-cu mərhələnin - Britaniya Qran-prisinin sprint yarışı başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, əfsanəvi Silverstoun avtodromunda keçirilən yarışda "Mercedes" komandasının pilotu Kimi Antonelli finiş xəttini birinci dəfə keçərək karyerasında ilk sprint qələbəyə sevinib.
Pouldan start alan yeddiqat dünya çempionu, "Ferrari"nin sürücüsü Lyuis Hemilton ev yarışını ikinci yerdə bitirib. Daha bir britaniyalı sürücü, "McLaren"dən sonuncu dünya çempionu Lando Norris isə yarışı üçüncü yerdə başa vurub.
Bir neçə saatdan sonra Qran-prinin əsas yarışı üçün sıralanma turu keçiriləcək. Mərhələyə sabah baş tutacaq yarışla yekun vurulacaq.
Oxşar xəbərlər
DÇ-2026-da son 60 ilin ən az qayda pozuntusu müşahidə olunub
DÇ-2026-da son 60 ilin ən az qayda pozuntusu qeydə alınıb. BAKU.WS report-a istinadən xəbər verir ki, turnirin 66 matçında 1484 fol olub. Bu, hər oyuna orta hes...