"Formula 1" üzrə Azərbaycan Qran-prisində "Yaşıl post"a baxış keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman, İqtisadiyyat Nazirliklərinin rəsmiləri "Formula 1" üzrə Azərbaycan Qran-prisində ekoloji dayanıqlılığı dəstəkləyən "Yaşıl post"u ziyarət ediblər.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) BAKU.WS-ə bildirilib ki, görüşdə marşalların fəaliyyəti və "Yaşıl post"u digərlərindən fəqləndirən xüsusiyyətlər barədə ziyarətçilərə məlumat verilib. Marşallar eyni zamanda Bakıdakı yarışda marşal təcrübəsi ilə bağlı fikirlərini bölüşüblər.
Sonda marşalların təşəbbüsü yüksək qiymətləndirilib və onlara fəaliyyətlərində uğurlar arzu edilib.
Qeyd edək ki, Bakı Şəhər Halqasının 19.2 döngəsində olan yaşıl marşallar ekoloji davamlılığı təmsil edirlər. Onlar yarışın ətraf mühitə təsirini minimuma endirməyə yönəlmiş təşəbbüslərlə çıxış edirlər. Bundan başqa, postda ekoloji cəhətdən təmiz ləvazimatlardan istifadə olunur və marşallar təkrar emal oluna bilən materialdan hazırlanmış kombinezonlar geyinirlər.
Qalereya
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...