"Formula-1": Qasli İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Fransalı pilot, "Alpine" komandasının üzvü Pyer Qasli 2026-cı il "Formula-1" dünya çempionatının 13-cü mərhələsi olan İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, yarışlar Montsa şəhərindəki avtodromda keçirilib.
İkinci yeri "Mercedes"in britaniyalı pilotu Corc Rassell tutub. Üçüncü yerdə isə avstraliyalı Oskar Piastri ("McLaren") qərarlaşıb.
Qeyd edək ki, Qasli karyerasında ilk dəfə təsnifat mərhələsində qalib gəlib.
Qran-prinin əsas yarışı sentyabrın 6-da, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...