“Formula-1”: Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar
Yeniliklərdən dərhal xəbərdar olun
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər Halqasının icraçı direktoru Maqsud Fərzullayev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi iştirak ediblər.
Onlar Bakı trekini ilk üç pillədə başa vuran pilotlara mükafatlarını təqdim ediblər.
Azərbaycan Qran-prisinin qalibi “Red Bull” komandasının sürücüsü Serxio Peres olub.
Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü yeri tutaraq, podiuma çıxıblar.
Oxşar xəbərlər
"Formula 1": Lekler sıralama turunu ilk pillədə başa vurub - FOTO - YENİLƏNİB - 5
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. BAKU.WS report-a istinadən xəbər verir ki, "Ferrari" pilotu Şarl Lekler mübarizəni birinci p...