Finlandiya dünya çempionatında ABŞ-ni darmadağın etdi

Finlandiya dünya çempionatında ABŞ-ni darmadağın etdi
Video
İdman 24

Finlandiya milli hokkey komandası 2026-cı il dünya çempionatının qrup mərhələsində ABŞ milli komandası üzərində böyükhesablı qələbə qazanıb.

BAKU.WS xəbər verir ki, görüş 6:2 hesabı ilə Finlandiyanın xeyrinə başa çatıb.

Finlandiya millisinin heyətində Lenni Hyameenaho dubl edib. Digər qolları Patrik Puystola, Aatu Ryatyu, Saku Myayanalanen və Anton Lundell vurublar. ABŞ komandasının heyətində isə Mett Koronato və Rayan Leonard fərqləniblər.

Finlandiya və ABŞ A qrupunda mübarizə aparırlar. Finlandiya növbəti oyununu mayın 21-də Latviya millisinə qarşı keçirəcək. ABŞ hokkeyçiləri Almaniya ilə üz-üzə gələcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər