Finalda üz-üzə gələn qardaşlardan biri: "Hamı kənardan deyir ki, Məhəmməd bilərəkdən mənə uduzub"
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında nadir rast gəlinən maraqlı hadisə baş verib.
Yarışın 97 kiloqram çəki dərəcəsində keçirilən final görüşündə "Neftçi" İdman Klubunun üzvləri olan iki qardaş - Murad və Məhəmməd Əhmədiyevlər qızıl medal uğrunda üz-üzə gəliblər.
Hər iki güləşçi yarışdan sonra təəssüratlarını Baku TV ilə bölüşüb.
"Hamı kənardan deyir ki, Məhəmməd bilərəkdən mənə uduzub, amma belə bir şey yoxdur. Biz normal şəkildə güləşdik. Birinci setdə qardaşım öndə idi, ikinci setdə isə çevirmə fəndi edərək qalib gəldim. O, çox yaxşı hazırlaşmışdı və mən inanırdım ki, finala qədər yüksələcək. Evdə də "finalda qardaşım olsa, onu necə udum?" deyə fikirləşirdim", - Murad Əhmədiyev bildirib.
"Qardaşımın nəticələri məndən daha yüksəkdir. Çox adam deyirdi ki, sən böyük qardaşsan, bəlkə, sən qalib gələsən. Amma döşəyə çıxanda bunların heç bir əhəmiyyəti olmur, orada sadəcə güləşmək lazımdır", - deyə Məhəmməd Əhmədiyev bildirib
Oxşar xəbərlər
Kadi həyat yoldaşı 3 ay əvvəl doğulan qızları ilə bağlı paylaşım ed
"Qarabağ"ın futbolçusu Kadi Borgesin həyat yoldaşı Samara Qonçalves 3 ay əvvəl doğulan qızları ilə bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, o, instaqram hes...