FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib

FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
İdman 15

Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində karate idman növü üzrə yarışlara yekun vurulub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 3-4 oktyabr tarixlərində yarışda iştirak edən 8 ölkədən 96 idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Yarışda uğurla çıxış edən 24 idmançıdan ibarət Azərbaycanın karate üzrə milli yığma komandasının üzvləri olan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət baş çavuşu Rövşən Əliyev, Mülki müdafiə qoşunları N saylı hərbi hissəsinin əsgəri Nuran Rzazadə kata və kumite yarışlarında yüksək nəticələr əldə etməyi bacarıblar.

Son xəbərlər