FHN-in əməkdaşı beynəlxalq idman yarışının qalibi olub - FOTO

FHN-in əməkdaşı beynəlxalq idman yarışının qalibi olub - FOTO
Foto
İdman 83

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Cəlal Süleymanov “Ümumdünya Polis və Yanğınsöndürən Oyunları-2022”-nin qalibi olub.

BAKU.WS-in FHN-ə istinadən verdiyi xəbərə görə, Hollandiyanın Rotterdam şəhərində 63 idman növü üzrə 70 ölkədən 10 minə yaxın idmançının mübarizə apardığı çempionatda FHN-in əməkdaşı Cəlal Süleymanov idmanın sərbəst güləş növü üzrə yarışlara qatılıb.

65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Braziliya, Slovakiya və Türkiyədən olan idmançıları məğlub edərək qızıl medala layiq görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər