FİFA Superliqa klubunu cəzalandırdı - 2 transfer pəncərəsində cəzalı olacaq - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Superliqasının yeni komandalarından olan "Samsunspor" FİFA tərəfindən cəzalandırılıb.
BAKU.WS xəbər verir ki, komanda qarşıdakı 2 transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.
Belə ki, Qaradəniz təmsilçisi ötən mövsüm 1-ci liqada oynayarkən litvalı Arvidas Novikovasın müqaviləsini birtərəfli qaydada ləğv etmişdi. Bu ilin yanvarında Türkiyədən ayrılan 32 yaşlı yarımmüdafiəçi klubdan FİFA-ya şikayət etmişdi.
FİFA isə prosesdə futbolçunun tərəfini tutub və klubu qayadalara zidd addım atmaqda günahlandıraraq cəzalandırıb.
Qeyd edək ki, “Samsunspor” bu mövsüm keçirdiyi 7 oyunda 6 məğlubiyyət və 1 heç-heçə edib.
Qalereya
Oxşar xəbərlər
Adrian Mutu: “Bizi çətin oyun gözləyir” - FOTO
“Türkiyənin ən güclü komandalarından birinə qarşı bizi çətin oyun gözləyir. Azarkeşlərimizə demək istəyirəm ki, bu oyunda meydanda yüz faizimizi verməyə hazır o...