Fernandu Santuş: "Mənim heç bir oyunçu ilə şəxsi qərəzim yoxdur"

Fernandu Santuş: Mənim heç bir oyunçu ilə şəxsi qərəzim yoxdur
İdman 98

"Həmişə çıxış yolu tapılmalıdır".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və İsveç yığması ilə oyunlarla bağlı mətbuat konfransında deyib.

Mütəxəssis hücumdakı problemləri necə həll edəcəkləri ilə bağlı sualı cavablandırıb:

"Həmişə çıxış yolu tapılmalıdır. Əlimizdə olan materiallardan istifadə edəcəyik. Qarşıdan gələn məşqlərdə oyunçuları yoxlayacağıq və kimin hücumda oynaya biləcəyinə qərar verəcəyik. Amin Seydiyevi də daha öncə iki təlim məşq toplanışına dəvət etmişdim. Daha sonra çıxışı qane etmədi deyə əsas heyətdən çıxardım. İndi isə oyunu məni cəlb etdiyi üçün milliyə dəvət etdim. Mənim üçün vacib məqam futbolçuların necə oynamasıdır. Heç bir futbolçu ilə şəxsi qərəzim yoxdur".

O, "Araz-Naxçıvan"ın futbolçusu Mustafa Əhmədzadənin oyununun onun diqqətini cəlb etdiyini bildirib:

"Mustafanın oyununu gördüm və məni cəlb etdi. Oyunu ilə diqqətimizi cəlb etdiyi üçün onu məşqlərə dəvət etməyi qərara aldıq".

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniya ilə qarşılaşacaq Azərbaycan yığması bundan 3 gün sonra səfərdə İsveçin qonağı olacaq.

Son xəbərlər