Fərid Qayıbov III MDB Oyunlarında iştirak edəcək idmançılara uğurlar arzulayıb

Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarında iştirak edəcək idmançıları və onların komanda üzvlərini salamlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan təşkil olunan yarışın Təşkilat Komitəsinin sədr müavini ölkəmizin artıq özünü dünya səviyyəli genişmiqyaslı tədbirlərin etibarlı təşkilatçısı kimi təsdiq etdiyini bildirib.
O, Respublikamızda bir sıra beynəlxalq idman tədbirlərinin keçirildiyini xatırladıb:
"Azərbaycan dəfələrlə dünyanın hər yerindən ən yaxşı idmançıları və minlərlə tamaşaçı toplayan əhəmiyyətli idman hadisələri üçün arenaya çevrilib. Müxtəlif illərdə Azərbaycan 2015-ci ilin birinci Avropa Oyunlarına, 2017-ci ilin IV İslam Həmrəyliyi Oyunlarına, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalına, 2019-cu il UEFA Avropa Liqasının finalına, 2020-ci il futbol üzrə Avropa çempionatının dörd matçına, 2016-cı ildən Bakıda hər il keçirilən Formula 1 Azərbaycan Qran-prisinə ev sahibliyi edib. Bütün bu hadisələr Azərbaycanın regionun idman mərkəzi kimi imicini gücləndirməklə yanaşı, ölkəmizin yüksək səviyyədə təşkilatçılıq, inkişaf etmiş infrastruktur və qonaqpərvərliyini nümayiş etdirdi".
Nazir bildirib ki, III MDB Oyunları ölkə tarixində ilk dəfə olaraq regionlarda keçiriləcək:
"Azərbaycanın yeddi şəhəri qapılarını açmağa, zəngin mədəniyyət, isti qonaqpərvərlik və müasir idman infrastrukturunu göstərməyə hazırdır. Bu Oyunlar idmanın, iqtisadiyyatın və sosial sahənin inkişaf üçün stimul olacaq, gəncləri ruhlandıracaq, parlaq xatirələr yaradacaq və özündən sonra dəyərli irs - dünya səviyyəli yeni və yenilənmiş idman obyektləri saxlayacaq. Biz əlimizdən gələni etdik ki, yarışlar yüksək səviyyədə keçsin. Təcrübəli və fədakar komanda lazımi təlimlərdə iştirak edib. Əminəm ki, biz qonaqlar üçün ən yaxşı şəraiti təmin edə biləcəyik və onlar bu yarışlardan tam zövq alacaqlar. Biz birlikdə təkcə Azərbaycanda deyil, bütün dünyada qürur duyulacaq idman bayramı yaradacağıq. Bütün iştirakçılara parlaq qələbələr, qonaqlara isə xoş təəssüratlar arzulayıram. III MDB Oyunlarında görüşərik!"
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ"ın oyununa 27 500 bilet satılıb
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa indiyədək 27 500 b...
