Fərid Qayıbov “Haber Global”a danışdı: “Türkiyədə özümüzü evimizdəki kimi hiss edirik” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkəmizi İslam Həmrəyliyi Oyunlarında təmsil edən idmançılara dəstək olmaq üçün yarışları tribunadan izləyib.
“Haber Global”a müsahibə verən nazir bildirib ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarında idmanın 22 növü üzrə təmsil olunur.
“Özümüzü burada evimizdəki kimi hiss edirik”, - deyə Fərid Qayıbov vurğulayıb.
Gənclər və idman naziri qeyd edib ki, artıq Azərbaycan idmançıları İslam Oyunlarında dörd qızıl medal qazanıblar (hazırda beş qızıl medal qazanılıb - red.) və təmsilçilərimizin növbəti uğurlara imza atacaqlarına inanır:
“Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət ayrılır. İdmançılarımız da öz növbəsində qazandıqları medallarla bizi sevindirirlər”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva İslamiadanın açılışında iştirak edib - YENİLƏNİB - VİDEO
Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbay...