Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb.
Nazirlikdən BAKU.WS-ə bildirilib ki, ənənəvi olaraq keçirilən qəbulda idmançıları salamlayan F.Qayıbov son bir ayın onların növbəti uğurları ilə yadda qaldığını bildirib.
Görüşdə paracüdo, cüdo, ağırlıqqaldırma, karate idman növləri üzrə Avropa və Dünya çempionatlarında uğurla çıxış etmiş idmançılar qazandıqları nəticələr və qarşıdakı yarışlara hazırlıqları barədə danışıblar.
Təəssüratları dinləyən nazir təcrübəli idmançıların uşaq və yeniyetmələrə nümunə olduğunu vurğulayıb və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Oxşar xəbərlər
Fərid Qayıbov: "Hər medalda bir çox insanın zəhməti var" - FOTO
Gənclər və idman naziri Fərid Qayıbov son vaxtlar qitə və dünya çempionatlarında Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb. Nazirlikdən BAKU.WS-ə ver...